Haqqımızda

Biz sizin üçün bütün müəllimləri bir araya toplayaraq işinizi asanlaşdırırıq. Nə müəllimi axtarırsınız? Hansı yaş aralığında olsun? Aylıq neçə manat ödəniş tələb etsin? və s. kimi kateqoriyalarda olan suallarınıza uyğun müəllimi tapmaqda biz sizə kömək etmək üçün varıq.

Təhsil, elm və peşə müasir dünyanın qırılmaz vəhdətidir. Bu xüsusda Azərbaycan Respublikası da maarif məsələlərini prioritet mövzu olaraq daim gündəmdə saxlayır. Dövlət başçısı və müvafiq qurumların nümayəndələri vaxtaşırı bu mövzuda göstərişlər verir, müəyyən addımlar atır və inkişafa xidmət edirlər. Bu gün təhsilsiz cəmiyyət məhvə bərabərdir. Ona görə də oxumaq və ya ən azından müəyyən bir sənətin, peşənin sahibi olmaq sizin normal şəraitlərlə yaşamağınız üçün mütləq olaraq gərəkdir. "Müəllimini tap" da məhz Azərbaycan təhsili, elmi və peşə standartlarının yüksəldilməsinə xidmət edir.

Layihə rəhbəri və ideya müəllifi Faiq Nəcəf oğlu Əliyev 1991-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə aldıqdan sonra Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavriaturasına qəbul olunub. Daha sonra isə Sumqayıt Dövlət Universitetində magistr təhsili almağa başlayıb, hazırda həmin universitetin magistrantıdır. Müəllimlik onun üçün ata və ailə yadigarı, bir növ mirasdır. O, bu peşədə öz ruh və vücud zənginliyini tapır.

Yeniliklərimizdən xəbərdar olmaq üçün bizi izləyin!

Əlaqə məlumatları

Telefon: +994513000991
Email: info@muellimtap.az